Bank Of Baku

Jurnalistika Akademiyasının məzunlarına sertifikatlar təqdim edilib

Jurnalistika Akademiyasının məzunlarına sertifikatlar təqdim edilib
# 10 iyun 2011 16:17 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Bu gün Bakıda ABŞ səfirliyi və ANS teleşirkətinin birgə layihəsi olan Jurnalistika Akademiyasının məzunlarına sertifikatlar təqdim edilib. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ümid etdiyini bildirib ki, bu akademiya Azərbaycanda jurnalist peşəkarlığına bir töhfə olacaq. O, məzunlara gələcək jurnalist fəaliyyətlərində uğurlar arzulayıb.

Cari buraxılış Jurnalistika Akademiyasının sayca beşinci məzun buraxılışıdır. Yerli və xarici müəllimlərin dərs dediyi akademiya gələcəyini mediada görən, karyerasını KİV-də qurmaq istəyən və peşəkar jurnalist olmağa qərar verən gənclər üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR