Bank Of Baku

Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadə vəfat edib

Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadə vəfat edib
# 11 iyun 2011 09:28 (UTC +04:00)
APA-nın məlumatına görə, A. Kazımzadə ötən gün 74 yaşında vəfat edib. Mərhumun cənazəsi bu gün torpağa tapşırılacaq.
Aqşin Kazımzadə mətbuatda əmək fəaliyyətinə “Molodyoj Azerbaydjana” qəzetində başlayıb, Moskvada nəşr olunan “Sovetski sport” qəzetinin Azərbaycan üzrə müxbiri işləyib. Əməkdar jurnalist “Bakinski raboçi”, “Vışka” və digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə, həmçinin “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib. O, “Əməkdar jurnalist” adına, “Qızıl qələm” mükafatına və bir sıra fəxri fərmanlara layiq görülüb.
Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR