Bank Of Baku

Lənkəranda sakinlərə jurnalist vəsiqəsi satan şəxs barədə polisə çoxsaylı şikayətlər daxil olub

Lənkəranda sakinlərə jurnalist vəsiqəsi satan şəxs barədə polisə çoxsaylı şikayətlər daxil olub
# 11 iyun 2011 13:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda bir qrup yerli sakinə jurnalist vəsiqəsi satan şəxs barəsində polisə daxil olan şikayətlərin sayı artıb. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidov məlumat verib.

R. Rəşidov bildirib ki, Astara rayonunun Pensər kənd sakini, 1988-ci il təvəllüdlü Murad Seydəmir oğlu Babayevin hərəkətləri barədə bir ay öncə şöbəyə daxil olan şikayət ərizələrinin davamı gəlməkdədir. Özünü “Müstəqil Press” Agentliyinin, “Müstəqil Press” ictimai-siyasi və hüquq qəzetinin Lənkəran üzrə nümayəndəsi kimi təqdim edən M. Babayev ayrı-ayrı vaxtlarda bir qrup Lənkəran rayon sakinindən müxtəlif məbləğdə pul alaraq onlara jurnalist vəsiqəsi təqdim etməklə bu adamların adı çəkilən mətbuat orqanlarında müxtəlif vəzifələrə təyin ediləcəyi barədə vəd verib. Bu yaxınlarda isə M. Babayev Lənkəranın Gərmətük qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şahmar Xanlar oğlu Vəliyevlə əlbir olaraq rayon sakini, 1981-ci il təvəllüdlü Fuad Rəcəbəli oğlu Bayramovdan 2000 manat məbləğində pul alıb və ona guya Prezident Administrasiyasında “məxfi şöbə”nin əməkdaşı vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib. Rayonun digər sakini, 1988-ci il təvəllüdlü Abbas Şakir oğlu Şəkərovu da şirin vədləri ilə aldadan “işbazlar” “Müstəqil Press” Agentliyinə işə düzəltmək adı ilə ondan 1000 manat pul alıblar.

Hazırda faktla bağlı Lənkəran ŞPŞ-də araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR