Bank Of Baku

Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib
# 13 iyun 2011 15:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. MŞ-dan APA-ya verilən məlumata görə, qurumun İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq etdiyi komissiyanın üzvləri 8 mətbu nəşrlə bağlı məsələləri araşdırıblar. Öncə Şuranın Şikayətlər üzrə Komissiyasının 26 may tarixli iclasının tövsiyəsinə uyğun olaraq 3 qəzet barədə müzakirələr aparılıb. Digər 5 şikayət isə Şuranın Katibliyi tərəfindən təqdim olunub.

Komissiya mətbu nəşrlərdən üçünün fəaliyyətində «reket jurnalistika»ya xas cəhətlərin özünü açıq şəkildə büruzə verdiyini müəyyənləşdirib. Nəzərə alınıb ki, fəaliyyəti narazılıq doğuran KİV-də gedən digər materiallar da müzakirə predmetinə çevrilə bilər. Buna görə də onların adlarının MŞ-nin «qara siyahı»sına salınması üçün Şuranın İdarə Heyətinə müvafiq rəy təqdim olunmalıdır.
Komissiya digər 5 qəzetlə bağlı araşdırmaların davam etdirilməsini məqsədəuyğun sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR