Bank Of Baku

Mətbuat Şurası İctimai Palatanın aksiyasında apardığı monitorinqin nəticələrini açıqlayıb

Mətbuat Şurası İctimai Palatanın aksiyasında apardığı monitorinqin nəticələrini açıqlayıb
# 20 iyun 2011 08:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) monitorinq qrupu İctimai Palatanın iyunun 19-da keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri üçün yaradılan şəraitin monitorinqini aparıb. APA-nın xəbərinə görə, bu barədə MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə məlumat verib. O deyib ki, monitorinq zamanı prosesi işıqlandıran kütləvi informasiya vasitələri təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb.

R. Hüseynzadə bildirib ki, aksiyanı işıqlandıran media nümayəndələrinin əksəriyyəti üzərində “PRESS” yazılmış xüsusi gödəkcələrdə olublar. Bu, onların fərqlənmələrinə imkan verib. İcraçı katib bəzi jurnalistlərin prosesə xüsusi geyimlərdə qatılmadığına dair halların olduğunu da söyləyib: “Mətbuat Şurası həmişə bununla bağlı tövsiyələrini verir. Kütləvi aksiyaları, xüsusən də icazəsiz xarakter daşıyan mitinqləri işıqlandıran bütün jurnalistlərin prosesə üzərində “PRESS” yazılmış xüsusi gödəkcələrdə qatılmaları vacibdir. Bu, yarana biləcək hər hansı insident zamanı onların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə şura ilə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR