Bank Of Baku

Telekanallarda ədəbi dilin qorunması ilə bağlı aparılan monitorinqlər bu həftə yekunlaşacaq

Telekanallarda ədəbi dilin qorunması ilə bağlı aparılan monitorinqlər bu həftə yekunlaşacaq
# 20 iyun 2011 13:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan telekanallarında ədəbi dilin qorunması ilə bağlı Milli Televiziya və Radio Şurasının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ilə birgə apardığı monitorinqlər bu həftə yekunlaşacaq. Bu barədə APA-ya Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq xəbərlər və şou proqramlarının dili ilə bağlı monitorinqlər yekunlaşıb. Bu həftə isə dublyaj və reklamların dili ilə bağlı araşdırmalar aparılacaq. Monitorinqin nəticələri MTRŞ-ə təqdim edildikdən sonra ictimaiyyətə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR