Bank Of Baku

Mətbuat Şurasının sədri Əflatun Amaşov Özbəkistanda keçiriləcək beynəlxalq konfransa qatılacaq

Mətbuat Şurasının sədri Əflatun Amaşov Özbəkistanda keçiriləcək beynəlxalq konfransa qatılacaq
# 21 iyun 2011 09:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək «Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi» mövzusunda beynəlxalq konfransa qatılacaq. Şuradan APA-ya verilən məlumata görə, iyunun 23-25-də keçiriləcək tədbirdə Müstəqil Dövlətlər Birliyinin, eləcə də Avropanın media sahəsindəki nüfuzlu ekspertlərinin iştirakı nəzərdə tutulur. Konfransda medianın demokratik islahatlardakı yeri və roluna nəzər salınacaq, kütləvi informasiya vasitələrinin müasir bazar münasibətlərinə qoşulması yolları, bu istiqamətdəki problemlər müzakirə olunacaq. Toplantıda həmçinin regionda KİV-in inkişafına dövlət dəstəyinin təminatı ətrafında da fikir mübadilələri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR