Bank Of Baku

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərcləri 2 406 464 manat müəyyənləşdirilib

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərcləri 2 406 464 manat müəyyənləşdirilib
# 29 iyun 2011 09:22 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Fondun cəmi xərcləri 2 406 464 manat təsdiqlənib. Bunun 397 202 manatı Fondun saxlanılması xərcləri üçün nəzərdə tutulub.
Ümumi vəsaitdən 301 918 manat Fond üçün inventar və avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların və forumların təşkili, Fondun üzvlərinin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri və Fondun fəaliyyəti ilə bağlı digər xərclərə, 1 milyon 300 min manat isə Azərbaycanda kütləvi informasiya vasitələrinə dəstək vermək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək məqsədi ilə proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq.
İlk dəfə olaraq Fondun xətti ilə "Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 114 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən "Azərbaycan", "Göyərçin", "Günəş", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Ulduz" jurnalları və "Ədəbiyyat", "Savalan" qəzetləri redaksiyalarına 709 262 min manat vəsaitin verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR