Bank Of Baku

Umud Rəhimoğlu BMT-nin Cenevrədə keçiriləcək toplantısına qatılacaq

Umud Rəhimoğlu BMT-nin Cenevrədə keçiriləcək toplantısına qatılacaq
# 29 iyun 2011 11:48 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və qurumun proqramların inkişafı və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçiriləcək BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatılacaqlar. Bu barədə APA-ya BAMF-ın informasiya departamentindən bildirilib. Tədbirdə BAMF təmsilçisi N.Nvolisa Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün “Təhsildə beynəlxalq səviyyədə razılaşdırılmış məqsəd və öhdəliklərin yerinə yetirilməsi” mövzusunda çıxış edəcək.

Tədbirdə BMT-nin baş katibi Ban Kİ Mun, Braziliyanın prezidenti Dilma Vana Rousseff, Böyük Britaniyanın baş naziri Gordon Broun, UNESCO-nun baş direktoru İrina Bokova, UNICEF-in icraçı direktoru Anthony Lake, Dünya Bankının Təhsil üzrə Direktoru Elizabeth King, ECOSOC- un prezidenti Lazarous Kapambe, BMT-nin müxtəlif qurumlarının rəhbərləri iştirak və çıxış edəcəklər. Bunlara yanaşı Almaniyanın, Belarusun, Seneqalın, Banqladeşin, Pakistanın, Qətərin, Zambiyanın, Mavritaniyanın təhsil və digər sahələr üzrə nazirləri, Türkiyənin BMT-nin Cenevrə ofisindəki səlahiyyətli nümayəndəsi də iştirak edənlər sırasında olacaq.
Xatırladaq ki, BAMF 2007-c ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür. BAMF bununla yanaşı BMT-nin bir çox qurumları ilə - BMT QAK, UNDAF, UNİCEF, UNESKO, BqMT- və sairə agentlikləri ilə yaxından əməkdaşlıq edir, yaxud da birgə əməkdaşlıq üçün müzakirələr aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR