Zaur Akifoğlunun müəllifi olduğu “Qız və qurd” kitabının təqdimat mərasimi keçirilib

Zaur Akifoğlunun müəllifi olduğu “Qız və qurd” kitabının təqdimat mərasimi keçirilib
# 01 iyul 2011 10:30 (UTC +04:00)
APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev təqdim olunan əsəri yüksək qiymətləndiriblər.

APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı əsəri ciddi ədəbiyyat nümunəsi kimi dəyərləndirərək, müəllifin fərqli yanaşmasına diqqəti yönəldib. O, ümid etdiyini vurğulayıb ki, kitabın müəllifi Zaur Akifoğlu bu kimi mövzulara tez-tez müraciət edəcək və belə əsərlərlə bağlı ekran əsəri çəkiləcək.

Tədbirin sonunda müəllif Zaur Akifoğlu ürəyindən gələnləri əsərə köçürdüyünü bildirib və bu əsərə yüksək qiymət verən hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Qız və qurd” kitabı Azərbaycan və rus dillərində nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR