“Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçirilib
Tədbirdə çıxış edən APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı bildirib ki, yeni mediaya keçid dünyanın hər yerində müzakirə olunur. V. Mahirqızı deyib ki, bu gün xalq jurnalistikası sürətlə inkişaf edir, müasir informasiya texnologiyalarından istifadə olunur, hadisə dərhal telefonla çəkilir, sosial şəbəkədə yerləşdirilir: “Bizim rastlaşdığımız sosial şəbəkələr, bloqlar yeni mediadır. “Facebook”, “Twitter” kimi bloqlarda jurnalistika prinsiplərinə əməl olunmur. Onlar operativdirlər, amma qarşı tərəfin mövqeyi verilmir, balans qorunmur”.
V. Mahirqızı əlavə edib ki, Azərbaycanda internet mediasının yazılı mediaya qalib gəldiyini demək hələ tezdir: “Yazılı media formatını dəyişsə, bu proses davam edəcək. Türkiyə və Rusiyada yazılı mediada reklamın qiyməti internet mediasından daha bahadır. Brend olaraq özünü qoruyub saxlayan qəzetlər hələ də etibarlı informasiya mənbəyi rolunu oynayırlar. Bizdə isə internet mediasında reklamın qiyməti qəzetlərdəki qiymətlərdən bahadır. Qəzet sənayesinə yenidən baxılmalıdır. Qəzet sənayesi internet mediasının eynisi olmamalıdır”.
Agentlik rəhbərli onu da əlavə edib ki, hazırda internet mediasının kadr problemi var: “Bu jurnalistlər ənənəvi jurnalistika təhsili alanlardan tam fərqlənir. Yeni mediada milli təhlükəsizliyin qorunması məsələsi də var ki, bu da çox ciddi məsələdir”.
Tədbirin moderatoru, “Antenn” Teleradio Şirkətinin prezidenti Rüstəm Əliyev isə bəyan edib ki, yeni media deyiləndə tək sosial şəbəkələr nəzərdə tutulmur, bura ümumilikdə internet mediası daxildir: “Sosial şəbəkələr bunun bir hissəsidir. Burada internet vasitəsilə yayımlanan radiolardan, peşəkar qəzetlərdən və televiziyalardan söhbət gedir. Sosial şəbəkələr informasiyanın ilk qaynağı ola bilər. Amma ondan daha kütləvi yayımlanan KİV-lər ola bilər. Onu demək olar ki, yeni media artıq Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunub”.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin fikrincə, hazırda yeni media köhnə media ilə mübarizə aparır: “Yeni media doğulub, amma doğum şəhadətnaməsi yoxdur. İkincisi, iqtisadi problemləri də var. Bu məkan iqtisadi qanunlarla tənzimlənmir. Üçüncüsü, kadr problemidir. Yeni medianın inkişaf sürəti informasiya-kommunikasiya texnologiyalarının inkişaf sürəti ilə həmahəngdir. Jurnalistikanın tədrisini bu sahə ilə uzlaşdırmaq lazımdır. Zərdabinin gətirdiyi yeniliklər tarix olaraq saxlanılmaqla, yenilikləri nəzərə almaq və tətbiq etmək vacibdir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında qeyd edib ki, artıq insanlar dünyada baş verən hadisələrlə deyil, onları maraqlandıran məlumatlarla tanış olurlar. “Yeni media jurnalistikadır, yoxsa yox?” sualını cavablandıran şura sədri bu məsələnin dünyada müzakirə olunduğunu söyləyib: “Bir bloqgerin bir neçə milyon oxucusu olarsa, bu, jurnalistikadır. Azərbaycanda yeni media cəmiyyət tərəfindən qəbul olunur. İnsanların 50%-nin internetə çıxışı var, “Facebook”dan yarım milyona yaxın adam istifadə edir, 2000-ə yaxın bloq səhifəsi var”.
Ə. Amaşov Mətbuat Şurasının internet jurnalistikanın inkişafı ilə bağlı sənəd hazırladığını açıqlayıb.
Konfransda Azərbaycanda yeni medianı ənənəvi mediadan fərqləndirən cəhətlər, media transformasiyasının ənənəvi media vasitələri üçü yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri, yeni media və təhlükəsizlik, yeni mediaya ictimai nəzarət mexanizmləri və s. müzakirə olunub.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO