Bank Of Baku

Milli Televiziya və Radio Şurasının iclası təxirə salınıb

Milli Televiziya və Radio Şurasının iclası təxirə salınıb
# 05 iyul 2011 12:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu günə planlaşdırılan iclası təxirə salınıb. Bu barədə APA-ya MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov məlumat verib. Onun sözlərinə görə, MTRŞ-nın iclası Dünya Azərbaycanlılarının III Qurultayı ilə əlaqədar sabaha keçirilib.

Qeyd edək ki, iclasda “Rəqəmli radio və televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi qaydaları” və “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu qaydaları”nın layihələri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR