Bank Of Baku

Mətbuat Şurasında «Mediada dil faktoru» mövzusunda dəyirmi masa keçiriləcək

Mətbuat Şurasında «Mediada dil faktoru» mövzusunda dəyirmi masa keçiriləcək
# 06 iyul 2011 13:19 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasında (MŞ) «Mediada dil faktoru» mövzusunda dəyirmi masa keçiriləcək. Şuradan APA-ya verilən məlumata görə, MŞ-nin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Azərbaycan mediasında dil xüsusiyyətləri» layihəsi çərçivəsində baş tutacaq toplantının iyulun 14-də saat 12.00-da təşkili planlaşdırılır. Tədbirdə MŞ-nin sözügedən layihə çərçivəsində apardığı monitorinqin ilkin nəticələri açıqlanacaq, mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılacaq, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunacaq.

Qeyd edək ki, bu ilin mayından həyata keçirilən layihənin müddəti 4 aydır. Bu vaxt ərzində monitorinqlə yanaşı, mediada Azərbaycan ədəbi dilindən istifadənin vəziyyətinə dair daha bir«dəyirmi masanın və ümumrespublika konfransının təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR