Bank Of Baku

MTRŞ sədri Azərbaycanda telekanalların rəqəmli yayımı üçün ayrılmış yeni tezlikləri açıqlayıb

MTRŞ sədri Azərbaycanda telekanalların rəqəmli yayımı üçün ayrılmış yeni tezlikləri açıqlayıb
# 06 iyul 2011 15:13 (UTC +04:00)
MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda rəqəmli yayım analoq yayıma paralel həyata keçiriləcək: “Buna gərə də rəqəmli yayım üçün yeni tezliklər ayrılıb. Artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi rəqəmli yayım üçün hazırlıq işlərinə başlayıb. Azərbaycan bu ilin sonuna qədər rəqəmli yayım sahəsində çox böyük irəliləyişlər əldə edəcək”.

N. Məhərrəmlinin sözlərinə görə, rəqəmli yayım üçün Bakı, Quba üzrə 48-ci, Ağstafa üzrə 50-ci kanal, Gədəbəy üzrə 33-cü, Şəki üzrə 38-ci, Zaqatala üzrə 30-cu, Mingəçevir üzrə 43-cü, Xızı üzrə 51-ci, Füzuli üzrə 59-cu, Ağsu üzrə 40-cı, Astara üzrə 43-cü, Qəbələ üzrə 51-ci, Oğuz üzrə 58-ci kanal ayrılıb: “Bunların hamısı ayrı-ayrı yerlərdə müxtəlif cür olur. Ona görə də biz bu kanalların tam adını çəkmirik. Ümumilikdə MTRŞ rəqəmli yayım üçün 5 kanal ayırmışdı, bu gün keçirilən iclasda isə 13-nü ayırdıq. Bütün Azərbaycanı rəqəmli yayımla əhatə eləmək üçün böyük sayda stansiyalar qurmaq lazımdır. Gələcəkdə bütün ölkəni əhatə eləmək üçün digər ərazilərdə də zərurət yarandıqca kanallar ayrılacaq”.

Şura sədri deyib ki, rəhbərlik etdiyi qurum radio-televiziya yayımı üçün tələb olunan lisenziyanın məbləğinin dəyişdirilməsi üzərində də işləyir: “Hələlik bununla bağlı son qərar verilməyib. Yaxın zamanlarda bu məsələ öz həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR