Bank Of Baku

Azərbaycanda tələbə qəzeti işıq üzü görüb - FOTO

Azərbaycanda tələbə qəzeti işıq üzü görüb - <font color=red>FOTO</font>
# 06 iyul 2011 17:05 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin “Gənc Reportyorlar Klubu”nun təşəbbüsü ilə tələbə qəzeti “Student Times” nəşrə başlayıb. Qəzetdən APA-ya verilən məlumata görə, artıq qəzetin ilk sayı satışdadır. Qəzetin şef-redaktoru, BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi, “Gənc Reportyorlar Klubu”nun rəhbəri Məmməd Ağayev qəzetin yaradılmasını zamanın tələbindən irəli gəldiyini bildirib: “Bir klub olaraq biz təhsil aldığımız fakültənin istedadlı tələbələrini birləşdirmişdik. Yaratdığımız “Student Times “ qəzeti bütün universitetlərin tələbə-jurnalistlərini bir yerə toplayacaq. Hazırda qəzetin redaksiya heyətində BDU, Xəzər, Qərb universitetlərinin jurnalistika fakültələrinin tələbələri təmsil olunurlar”. Redaktor tələbələri elmdə, təhsildə yeniliklər, düşündürücü yazılarla qəzetin işində iştirak etməyə çağırıb: “Qapımız və qəzetimizin səhifələri bütün tələbə-jurnalistlərin üzünə açıqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR