Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda Avropa İttifaqının ekspertləri ilə görüş keçirilib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda  Avropa İttifaqının ekspertləri ilə görüş keçirilib
# 07 iyul 2011 14:01 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqının himayəsi və “Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun” təşkilatçılığı ilə bir qrup ekspert “Müasir Azərbaycanda vətandaş cəmiyytinin rolu” mövzusunda monitorinq aparmaq üçün Bakıda səfərdədir. Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan APA-ya verilən məlumata görə, Avropa İttifaqının (Aİ) İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Aİ-nin İqtisadi və Sosial Komitəsinin Daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri Brayan Kassidi, Brüsseldə fəaliyyət göstərən Avropa Siyasəti Mərkəzinin müstəqil siyasi analitiki, ”Aİ qonşuluğu forumu”nun əlaqələndiricisi Amanda Paul Akçakoça, cəmiyyətdə və sosial-inkişafda gənclər və qadınların rolu sahəsində Fondun tədqiqatçısı Feliçiya Skoartsa daxildir. İyulun 7-də səfər proqramı çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda fondun icraçı direktoru Vüqar Səfərli ilə görüş keçiriblər. Vüqar Səfərli qonaqlara fondun yaranma tarixi, məqsədi, fəaliyyət mexanizmi və iş prinsipləri haqqında ətraflı məlumat verdi. Bundan əlavə o, KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə indiyə qədər həyata keçirilən layihələr, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkarlığın artırılması məqsədilə fərdi yazı müsabiqələrinin keçirildiyi barədə görüş iştirakçılarının diqqətinə çatdırıb. Fondun icraçı direktoru qonaqları maraqlandıran sualları cavablandırıb. Fondun indiyə qədər gördüyü işləri müsbət qiymətləndirən nümayəndə heyəti və onun rəhbəri Marius Opra , jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması , KİV-in maddi-texniki bazasının gücləndirilməsi və onların peşəkarlığının artırılması istiqamətində fond tərəfindən atılan addımları və həyata keçirdikləri layihələri dəstəklədiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR