Bank Of Baku

Mətbuat Şurasında İstanbul Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib

Mətbuat Şurasında İstanbul Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib
# 08 iyul 2011 10:52 (UTC +04:00)
Bakı-APA. Bu gün Mətbuat Şurasında (MŞ) Türkiyənin İstanbul Universitetinin jurnalistika fakültəsinin Azərbaycanda səfərdə olan professor-müəllim heyəti ilə görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Şuranın başlıca missiyasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarət olduğunu deyən Ə. Amaşov təşkilatın jurnalist kadrların hazırlığı ilə bağlı məsələlərə böyük önəm verdiyini vurğulayıb: “Bu məqsədlə təklif və təşəbbüslərimiz olub. İndi çalışırıq ki, ali məktəblərin jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqinə nail olaq. Hesab edirik ki, bu, peşəyə həqiqi mənada həvəsi olanların, gerçək maraq göstərənlərin müəyyənləşdirilməsi baxımdan əhəmiyyətli olacaq”.
İstanbul Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aydemir Okay təmsil olunduğu təhsil müəssisəsində jurnalistikanın tədrisinin spesifik xüsusiyyətlərindən söhbət açıb. O bildirib ki, Türkiyədə ümumən mediaya maraq güclü olduğundan gənclərin də fakültəyə axını yüksəkdir. Bu isə onlar arasında rəqabət mühitini daha da gücləndirir. Türkiyə mediasının xarakterik cəhətlərindən də söz açan A.Akay bəzi problem və çatışmazlıqların mövcudluğunu və onların aradan qaldırılması istiqamətində intensiv işlərin getdiyini vurğulayıb.

Qeyd edək ki, türkiyəli qonaqların Azərbaycana səfəri Qafqaz Universitetinin dəvəti ilə reallaşıb. Səfərdən məqsəd universitetdə yeni yaradılan jurnalistika bölməsinin işinin təşkilinə kömək göstərməkdir. Nümayəndə heyətinin tərkibinə A.Okayla yanaşı, İstanbul Universitetinin jurnalistika fakültəsinin dekan müavini Gulin Terek Ünal, fakültənin müəllimləri Mete Camdereli, Arzu Kihdır, Vedat Dəmir, Murat İri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR