Şimali Kipr Məclisinin mətbuat katibi Mətbuat Şurasında olub

Şimali Kipr Məclisinin mətbuat katibi Mətbuat Şurasında olub
# 08 iyul 2011 11:08 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Cümhuriyyət Məclisinin mətbuat katibi Gökhan Gülərlə görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, qonağı salamlayan MŞ sədri Əflatun Amaşov Azərbaycan mediasının mövcud durumu barədə məlumat verib. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açan Ə.Amaşov Şuranın beynəlxalq əlaqələrə daim böyük önəm verdiyini və bu münasibətlərdə Türkiyə, Şimali Kipr amilinin hər zaman böyük önəm daşıdığını vurğulayıb: «Azərbaycan jurnalistlərinin Şimali Kiprə səfərləri artıq ənənəyə çevrilib. Hesab edirik ki, bu, təcrübə mübadiləsi baxımdan mühüm məsələdir. Amma qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə, onun miqyasının böyüdülməsinə ehtiyac var».

G.Gülər Cümhuriyyət Məclisinin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətindən söhbət açıb. ŞKTC-də fəaliyyət göstərən media qurumlarını səciyyələndirən cəhətlərdən bəhs edən qonaq da diqqəti Azərbaycan və Şimali Kipr jurnalistləri arasında yaradıcılıq mübadilələrinin aparılmasının vacibliyinə və bu prosesin gücləndirilməsinin zəruriliyinə yönəldib.
Görüşdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin yolları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR