Bank Of Baku

“Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin icrasına başlanıb

“Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin icrasına başlanıb
# 11 iyul 2011 12:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin icrasına start verib. Fonddan APA-ya verilən məlumata görə, layihə çərçivəsində SAMF-ın əməkdaşları Ermənistan tərəfindən işğal altında qalan mövcud turizm obyektlərinin siyahısı dəqiqləşdiriləcək, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanacaq və bölgədəki turizm imkanlarını araşdırılacaq. Layihə vasitəsilə bütün dünya ictimaiyyətinin diqqətinə regionun turizm mərkəzi olduğunu isbatlayan faktlar və rəqəmləri çatdırılacaq. Fond Qarabağın turizm potensialını nümayiş etdirəcək faktları təhlil etməklə problemin media vasitəsilə ictimailəşdirilməsi fikrindədir.

Məlumatda bildirilib ki, Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı regionun turizm iqtisadiyyatına da ciddi ziyan dəyib. Burada hələ sovet zamanından fəaliyyətdə olan kurortlar, istirahət və əyləncə mərkəzləri insanların marağını cəlb etməklə yanaşı, müalicəvi xarakterinə görə də məşhurlaşmışdı. Şuşa və Ağdam rayonlarında yerləşən məşhur “Şuşa sanatoriyası”, “Abdal-Gülablı sanatoriyası”, “Şuşa istirahət evləri” və sairə kimi turizm məskənləri isə xüsusilə seçilirdilər. Bu turizm və müalicə obyektləri Azərbaycan xalqının tarixi, milli dəyərlərini dünyaya tanıtmaqla yanaşı, dövlət büdcəsinə də külli miqdarda gəlir gətirirdilər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR