KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna inzibati binanın tikintisi üçün yer ayrılması ilə bağlı müraciət olunacaq

KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna inzibati  binanın tikintisi üçün yer ayrılması ilə bağlı müraciət olunacaq
# 12 iyul 2011 14:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna inzibati binanın tikintisi üçün yer ayrılması ilə bağlı müraciət etməyi düşünürük”. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. V. Səfərli bildirib ki, hazırda fond icarəyə götürülən binada fəaliyyət göstərir: “Fond yeni təsis olunanda bir neçə yer təklif olunmuşdu. Lakin həmin yerlər bizi qane etmədiyinə görə, imtina etməyə qərar verdik”.

V. Səfərli 22 İyul - Milli Mətbuat Günü ilə bağlı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun bayram tədbiri hazırladığını da qeyd edib: “Gələn həftə bu bayram tədbirinin yeri barədə məlumat veriləcək. Fəaliyyətdə olan bütün jurnalistlər bu tədbirə dəvətlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR