Bank Of Baku

Ermənistan və Azərbaycan jurnalistləri Gürcüstana səfər edəcəklər

Ermənistan və Azərbaycan jurnalistləri Gürcüstana səfər edəcəklər
# 13 iyul 2011 04:14 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda etnik azlıqların problemləri ilə tanış olmaq üçün iyulun 13-də Ermənistan və Azərbaycandan 30 nəfər jurnalist bu ölkəyə səfər edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir “Qonşu” proqramı çərçivəsində Sülh və Müharibə İnstitutunun təşkilatçılığı və dəstəyi ilə həyata keçiriləcək. İyulun 13-dən 15-nə kimi jurnalistlər Gürcüstanda erməni və azərbaycanlıların kompakt yaşadığı regionlarda yaşayan etnik azlıqların yaşayış tərzi və problemləri ilə tanış olacaqlar. Cavaxeti və Kvemo-Kartli bölgələrinə səfər edəcək jurnalistlər eyni zamanda yerli icra hakimiyyəti rəhbərləri, ekspertlər və analitiklərlə görüşlər keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR