İctimai Televiziya ilə “Euronews” arasında müqavilə imzalanıb
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən APA-ya verilən məlumata görə, müqaviləni hər iki telekanalın baş direktorları İsmayıl Ömərov və Maykl Piters (Michael Peters) imzalayıb.
“Euronews”-un Parisin məşhur Şanzalize prospektində yerləşən ofisində İctimai Televiziya və “Euronews” telekanallarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı İsmayıl Ömərov bu sənədin imzalanmasını tarixi hadisə adlandırıb.
“Euronews” telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malesani (Pier Luigi Malesani) müqavilənin qısa zamanda imzalanmasına baxmayaraq bunun heç də asan başa gəlmədiyini bildirib. Telekanallar arasında əməkdaşlığa dair danışıqların 6 ay əvvəl başlandığını deyən Pyer Luici Malesani bunun Azərbaycanı Avropa mediasına tanıtmaqda bir vasitə olduğunu bildirib. Bakıda prezident İlham Əliyevlə görüşünü xatırladan cənab P.L.Malesani dövlət başçısı ilə danışıqların çox əhəmiyyətli olduğunu və bundan məmnun qaldığını deyib: “Prezident İlham Əliyevlə görüşdə “Euronews” telekanalının Qafqazda əhəmiyyətli körpü rolu oynayacağını anladım”.
Baş direktor İ.Ömərov isə “Euronews”la əməkdaşlığın təkcə Azərbaycanda deyil, bütün regionda önəmli rol oynayacağını qeyd edib. O, bu kanalın böyük nüfuz sahibi olduğunu və auditoriyanın “Euronews”a inandığını deyib: “Bu əməkdaşlıq “Euronews”u regionun telekanalı edəcək”.
“Euronews” telekanalının baş direktoru Maykl Peters bu müqaviləni “Euronews” telekanalı üçün də əhəmiyyətli hesab etdiyini bildirib.
Müqaviləyə əsasən, İctimai Televiziya “Euronews” proqramlarının Azərbaycanda eksklüziv yayım hüququnu əldə edir. İctimai Televiziyaya həmçinin “Euronews”un mövcud dillərdəki xəbər və ya analitik materiallarını yayımlamaq hüququ verilir. Bununla yanaşı, hər iki telekanal arasında xəbər və kadr mübadiləsi həyata keçiriləcək. “Euronews”un Gold Member (Qızıl üzvü) kimi İctimai Televiziyanın bu telekanalın xəbərlər xidməti ilə xüsusi əlaqələri olacaq, eləcə də “Euronews”un daimi müxbir şəbəkəsi ilə əməkdaşlıq həyata keçiriləcək. Dünyada, həmçinin Azərbaycanda baş verən mühüm hadisələr zamanı “Euronews”un daimi müxbirləri və İctimai TV arasında əməkdaşlıq ediləcək. Bununla yanaşı, İctimai Televiziya xüsusi proqram təminatı vasitəsilə öz veb-saytında yayım həyata keçirə bilər.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO