Bank Of Baku

“İrəli”nin “Media Akademiyası-2” layihəsi çərçivəsində təlimlər davam edir

“İrəli”nin “Media Akademiyası-2”  layihəsi çərçivəsində təlimlər davam edir
# 15 iyul 2011 13:13 (UTC +04:00)
Bakı – APA. “İrəli” İctimai Birliyinin həyata keçirdiyi “Media Akademiyası-2” layihəsi çərçivəsində təlimlər davam edir. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, jurnalist İlhamiyyə Rzayeva tədris etdiyi “Telejurnalistikanın əsasları” fənni üzrə keçirilən təlimdə tələbələrə təqdimat etməyin sirləri, düzgün təqdimatın əsas vasitələri, təqdimat zamanı tamaşaçının diqqətini cəlb etməyin əsas qanunauyğunluqları və s. haqqında dolğun məlumat verib.
Media hüququ üzrə təlimdə isə Vüsal Quliyev auditoriyadan media və hüquqla bağlı zaman-zaman yaşana biləcək problemlərin çözüm variantlarını müzakirə edib. Daha sonra gələcək jurnalistlər bu mövzuda olan tədris vəsaitlərinin az olmasından şikayətləniblər. V. Quliyev onların haqlı olduğunu deyib: “Azərbaycanda bütün dərsliklər Azərbaycanca olmalıdır və nəzərə alınmalıdır ki, ölkədə heç də bütün istedadlı gənclərin əcnəbi dil biliyi yoxdur. Lakin hər kəsin bilik əldə etmək hüququ var!”
Tələbələrə düzgün tələffüz, natiqlik və səlis danışığın sirlərini öyrədən respublikanın əməkdar artisti Azad Şükürov isə bildirib ki, müəyyən aparıcıların nitqində böyük qüsurlar var və hətta bəziləri ölkənin adını belə düzgün tələffüz edə bilmir.

Qeyd edək ki, layihənin media tərəfdaşları arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR