Bank Of Baku

«Qaçqın və məcburi köçkün həyatı media müstəvisində» mövzusunda toplantı keçirilib - FOTO

«Qaçqın və məcburi köçkün həyatı media müstəvisində» mövzusunda  toplantı keçirilib - <font color=red>FOTO</font>
# 18 iyul 2011 11:28 (UTC +04:00)
Bakı-APA. Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində «Qaçqın və məcburi köçkün həyatı media müstəvisində» mövzusundakı toplantı keçirilib. Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının və Laçın rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə düzənlənmiş tədbir milli mətbuatın yaranmasının 136-cı ildönümünə həsr olunub. Tədbirə MŞ İdarə Heyətinin üzvləri, hər iki dövlət qurumlarının rəsmiləri, KİV rəhbərləri, işğala məruz qalmış rayonların qəzetlərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri qatılıblar. Konfrans çərçivəsində həmçinin 80 yaşı tamam olan «Laçın» qəzetinin keçdiyi ömür yoluna nəzər salınıb, müasir dövrdəki fəaliyyəti ətraflı təhlil olunub.

Konfransda Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçisi Sənan Hüseynov çıxış ediblər. MŞ İdarə Heyətinin üzvlərindən Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz, bölgə KİV-lərinin təmsilçilərindən Füzuli rayonunun «Qayıdış» qəzetinin baş redaktoru Məcnun Namazəliyev, «Xocalının səsi» qəzetinin baş redaktoru Qasım Qırxqızlı, «Xocavənd» qəzetinin baş redaktoru Gültəkin Ağayeva, Laçın rayon ictimaiyyətinin nümayəndələrindən Hacı Xanlarov, Şahlar Xəlilov və başqaları mövzu ətrafında fikirlərini bölüşüblər.

Sonda tədbirdə iştirak edən məcburi köçkün rayonları qəzetlərinin hər birinə 500 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Tədbirdə həmçinin qaçqın və məcburi köçkün həyatının mediada işıqlandırılmasında seçilən paytaxt KİV-ləri xüsusi diplomlarla təltif ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR