Bank Of Baku

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” maliyyə yardımı edib

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” maliyyə yardımı edib
# 19 iyul 2011 11:06 (UTC +04:00)
Bakı-APA. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. İdarə Heyətindən APA-ya verilən məlumata görə, iclasda ötən müddət ərzində daxil olan 2 müraciətə baxılıb. Müraciətlərin hər ikisi təmin edilib. Ümumilikdə 2567 manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Jurnalist Eynulla Fətullayevə həbsdən azad edildikdən sonra müayinə və müalicəsi üçün 2327, müstəqil jurnalist Mahal İsmayıloğluna 240 manat məbləğində maliyyə yardımı edilib.

Qeyd edilib ki, Eynulla Fətullayevə edilən maliyyə yardımının 1327 manatı Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən ayrılıb.

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu”nun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR