Bank Of Baku

Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr mövzusunda təlim məşğələlər keçiriləcək

Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr mövzusunda təlim məşğələlər keçiriləcək
# 19 iyul 2011 13:53 (UTC +04:00)
Bakı-APA. Sentyabr ayından etibarən mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr mövzusunda təlim məşğələlərinə start veriləcək. Bu layihə Mətbuat Şurası və Azərbaycan Tələbələr Birliyinin birgə təşəbbüsü əsasında gerçəkləşəcək. Şuradan APA-ya verilən məlumata görə, təlim aktiv gənclər təşkilatlarının mətbuat xidmətlərinin rəhbərləri və gənc jurnalistlər üçün nəzərdə tutulub. Məşğələlərin silsilə xarakterli olması planlaşdırılır. Təlimin məqsədi gənclərin ictimaiyyətlə əlaqələr, mətbuat xidməti sahəsində bilik və bacarıqlarınn yerli və xarici mütəxəssislərin köməyi ilə artırılmasıdır. İştirakçılar məşğələlər müddətində nəzəri məlumatlarla yanaşı, bu sahədə mövcud praktikanı da mənimsəyəcəklər.
Təlim mətbuatla işin düzgün qurulması, mətbuat konfranslarının təşkili, press-relizlərin yazılması və yayılması, yeni medianın imkanlarından düzgün istifadə olunması və. s. kimi əsas mövzuları əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR