Bank Of Baku

Bakı şəhəri üzrə Təhsil İdarəsi Milli Mətbuat Günü münasibətilə jurnalistləri mükafatlandırıb

Bakı şəhəri üzrə Təhsil İdarəsi Milli Mətbuat Günü münasibətilə jurnalistləri mükafatlandırıb
# 20 iyul 2011 08:13 (UTC +04:00)
Bakı-APA. Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü münasibətilə bir qrup kütləvi informasiya vasitəsini və jurnalistləri mükafatlandırıb. APA-nın məlumatına görə, fəxri fərman və mükafatların təqdim edilməsi məqsədilə düzənlənən tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Zəminə Əliqızı qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. O, bildirib ki, bu gün kütləvi informasiya vasitələri cəmiyyətin həyatında xüsusi yer tutur. Z.Əliqızı təmsil etdiyi idarə ilə mətbuat arasında yaradılan sıx əməkdaşlıqdan söz açıb.
Paytaxtın təhsil sistemində görülən işləri obyektiv işıqlandırdığına görə, BŞTİ-nin “Fəxri fərman”a layiq gördüyü KİV-lər arasında “Azəri-Press” Agentliyi (APA), mükafatlandırdığı jurnalistlər arasında APA-nın müxbiri də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR