Bank Of Baku

Səbail Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

Səbail Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
# 20 iyul 2011 10:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Səbail Rayon İcra Hakimiyyətində (RİH) Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistləri 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, rəhbərlik etdiyi qurumun jurnalistlərlə yaxşı münasibətdə olmasında maraqlı olduğunu deyərək rayon ərazisində görülən işlərlə bağlı məlumat verib. Bu yaxınlarda təməlqoyma mərasimi keçiriləcək jurnalistlər üçün yaşayış binasının da Səbail rayonu ərazisində olacağını qeyd edən A. Əsgərov həmin binada yaşayacaq sakinlərin problemləri ilə yaxından maraqlanacağına söz verib. O, bu günlərdə 20 yaşı tamam olmuş “İki Sahil” qəzetinin rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edib.

Səbail rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov son bir il ərzində mətbuat sahəsində görülən işlərlə bağlı analitik hesabatı açıqlayıb.
Tədbirdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, “İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyanın sədri Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək səbail rayon İcra Hakimiyyətinin rəhbərliyinə təbriklərə görə təşəkkür ediblər.
Sonda A. Əsgərov jurnalistlərin suallarını cavablandırıb və KİV nümayəndələri hədiyyələrlə mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR