Bank Of Baku

Bəxtiyar Sadıqov: “Münaqişə nəticəsində zərər çəkmiş jurnalistlərin hüquqlarının bərpa olunması istiqamətində də işlər görülməlidir”

Bəxtiyar Sadıqov: “Münaqişə nəticəsində zərər çəkmiş jurnalistlərin hüquqlarının bərpa olunması istiqamətində də işlər görülməlidir”
# 20 iyul 2011 12:01 (UTC +04:00)
Bakı . Azər Mustafayev – APA. “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla, yeddi rayon mətbuatı, yeddi rayon radio verilişləri mərkəzi, on iki qəzet nəşriyyatı dağıdılıb. 150-yə yaxın jurnalist köçkün həyatı yaşamağa məcbur olub. Münaqişə nəticəsində zərər çəkmiş jurnalistlərin hüquqlarının bərpa olunması istiqamətində də işlər görülməlidir”. APA-nın məlumatına görə, bunu “Azərbaycan” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşkilatçılığı ilə keçirilən Azərbaycan mətbuatının 136-cı ildönümünə həsr olunmuş “Erməni təcavüzü və insanlığın sosial-iqtisadi fəlakətləri” mövzusunda dəyirmi masada deyib. Tədbirdə Milli Məclisin deputatları, siyasi partiya təmsilçiləri, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Azərbaycanda səfərdə olan Türkiyə mətbuat nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR