Bank Of Baku

Azərbaycanda səfərdə olan Türkiyə jurnalistləri Şamaxıdakı Türk Şəhidliyinə və Cümə məscidinə baş çəkiblər

Azərbaycanda səfərdə olan Türkiyə jurnalistləri Şamaxıdakı Türk Şəhidliyinə və Cümə məscidinə baş çəkiblər
# 21 iyul 2011 08:32 (UTC +04:00)
BakA. Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin – “Milliyet”, “Hürriyet”, “Habertürk”, “Zaman”, “Today- Zaman” və “Radikal” qəzetlərinin əməkdaşları millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Bakı-Şamaxı yolundakı Türk Şəhidliyini ziyarət ediblər. APA-nın xəbərinə görə, millət vəkili və türkiyəli qonaqlar şəhidliyə gül dəstəsi qoyublar. Sonra millət vəkili Q. Paşayeva və Şamaxı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əşrəf Şükürov türkiyəli qonaqlara Türk şəhidliyinin tarixi barədə məlumat verib.
Bundan sonra Türkiyəli jurnalistlər millət vəkilinin iştirakı və təşəbbüsü ilə, 1918-ci il Şamaxı qırğınlarının canlı şahidi olan Cümə məscidinə baş çəkiblər. Q. Paşayeva bildirib ki, 1918-ci il qırğınları zamanı 4000 şamaxılı qətlə yetirilib ki, onların da məhz 1000 nəfəri Cümə məscidinə doldurularaq yandırılıblar.
Türkiyəli jurnalistlər eşitdiklərindən və gördüklərindən kədərləndiklərini və dəhşətə gəldiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR