Bank Of Baku

Həmkarlar İttifaqları Konfederasiyasında Milli Mətbuat Günü ilə əlaqədar təbdir keçirilib

Həmkarlar İttifaqları Konfederasiyasında Milli Mətbuat Günü ilə əlaqədar təbdir keçirilib
# 21 iyul 2011 10:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) milli mətbuatın yaranmasının 136-cı ildönümü münasibətilə təbdir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AHİK-nın prezidenti Səttar Mehbalıyev 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

S. Mehbalıyev Azərbaycanda dövlət tərəfindən mətbuata göstərilən qayğıdan danışıb: “Mətbuata kömək məqsədilə dövlət başçısı tərəfindən mütəmadi olaraq bir sıra fərman və sərəncamlar verilir. Bu məqsədlə ölkədə müəyyən layihələr də həyata keçirilir”.

Jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu söyləyən AHİP prezidenti konfederasiyanın fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasında medianın rolunu yüksək qiymətləndirib.

Sonda bir sıra kütləvi informasiya vasitələrinin rəhbərlərinə Milli Mətbuat Günü münasibətilə və həmkarlar ittifaqlarının işində yaxından iştirakları nəzərə alınaraq fəxri fərman və pul mükafatları təqdim edilib. Fəxri fərmana layiq görülənlər arasında APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR