Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin qalibləri açıqlanıb

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin qalibləri açıqlanıb
# 21 iyul 2011 13:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Fonddan APA-ya verilən məlumata görə, qurumun icraçı direktoru Vüqar Səfərli bildirib ki, fondun Milli Mətbuat Günü münasibəti ilə elan etdiyi müsabiqəyə 10 istiqamət üzrə ümumilikdə 83 yazı daxil olub. Yazılar fondun ekspertləri tərəfindən qiymətləndirilib. Müzakirələrin nəticəsi olaraq, ayrı-ayrı istiqamətlər üzrə ən yüksək bal toplamış 29 yazı qalib elan olunub. Müsabiqənin şərtlərinə əsasən, qaliblərin hər birinə 1000 manat məbləğində pul mükafatı və fondun xüsusi diplomu veriləcək. Mükafatlar qaliblərə sabah Azərbaycan milli mətbuatın 136 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə təqdim olunacaq. Qeyd edək ki, qalib gələn jurnalistlər arasında APA-nın əməkdaşı da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR