Bank Of Baku

“Lənkəran” qəzetinin 80 illik yubileyi qeyd olunub – FOTO

“Lənkəran” qəzetinin 80 illik yubileyi qeyd olunub – <font color=red>FOTO</font>
# 21 iyul 2011 13:51 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda eyni adlı qəzetin 80 illik yubileyi keçirilib. APA-nın cənub bürosunun xəbərinə görə, tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Lənkəran şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, şəhər ziyalıları, media təmsilçiləri iştirak ediblər.
Qəzetin baş redaktoru İltifat Əhmədov bu mətbu orqanın tarixi haqqında iştirakçılara məlumat verib. O bildirib ki, 1931-ci ildən “Sıə Tolış” (“Qızıl Talış”) adı ilə nəşrə başlayan qəzet müxtəlif illərdə “Sosialist subtropikası”, “Leninçi”, 1990-cı il sentyabrın 22-dən isə “Lənkəran” adı ilə fəaliyyət göstərib.
Sonda qəzetin əməkdaşlarına Lənkəran şəhər İH-nin fəxri fərmanları və pul mükafatları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR