Bank Of Baku

Türkiyəli jurnalistlər Tovuzda olublar - FOTO

Türkiyəli jurnalistlər Tovuzda olublar - <font color=red>FOTO</font>
# 21 iyul 2011 14:05 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov – APA. Bu gün millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Türkiyənin Azərbaycanda səfərdə olan bir sıra tanınmış qəzetlərinin əməkdaşları Tovuz rayonunda olublar. APA-nın qərb bürosunun xəbərinə görə, “Milliyet”, “Hürriyet”, “Zaman”, “Today’s Zaman”, “Haberturk”, “Radikal” qəzetlərini təmsil edən jurnalistlər ilk öncə qədim tarixə malik Tovuz qalasına baş çəkiblər. Sonra türkiyəli jurnalistlər Tovuzun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndində olublar. Burada da türkiyəli jurnalistlərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilib və bildirilib ki, Ağdam kəndinin sakinləri neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlarını ziyarət edə bilmirlər.
Millət vəkili Qənirə Paşayeva ümid etdiyini bildirib ki, qardaş ölkədən Azərbaycana gələn jurnalistlər burada gördüklərini öz ölkələrinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR