Bank Of Baku

Mətbuat Şurasında qocaman jurnalistlərlə görüş keçirilib

Mətbuat Şurasında qocaman jurnalistlərlə görüş keçirilib
# 21 iyul 2011 14:27 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Azərbaycan Mətbuat Şurasında (MŞ) qocaman jurnalistlərlə görüş keçirilib. APA-nın məlumatına görə MŞ sədri Əflatun Amaşov Azərbaycanın ötən əsrin 60-cı illər mətbuatı, o dövrün jurnalistləri haqqında məlumat verib. Daha sonra çıxış edən əməkdar jurnalist Yusif Kərimov tədbirdə iştirak edən qocaman jurnalistlər və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimlərinin yaradıcılığı barədə danışıb: ”60-cı illər Azərbaycan mətbuatının sovet dövrünün intibahıdır. Bu dövr Azərbaycan jurnalistikası üçün unudulmaz bir dövrdür”.
Sonda qocaman jurnalistlərə Mətbuat Şurasının (MŞ) sədri Ə. Amaşov tərəfindən diplomlar təqdim olunub. 60-cı illər jurnalistlərinin həyat və fəaliyyətini əks etdirən kitab nəşr olunması, sentyabr ayında da kitabın təqdimatının keçirilməsi təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR