Bank Of Baku

Park Bulvar Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirib

Park Bulvar Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirib
# 21 iyul 2011 14:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Milli Mətbuat Günü münasibəti ilə bu gün “Park Bulvar”ın təşkilatçılığı ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Park Bulvar”ın piar-meneceri Günay Nəzərova əvvəl həmkarlarını təbrik edib: “Jurnalistlərimiz üçün bir neçə saatlıq istirahət təşkil etmək fikrimiz ümid edirik ki, hər birinizin ürəyinizcə oldu”.
Jurnalistlər əvvəlcə boulinq turnirdə güclərini sınayıblar. Turnirdə fərqlənən media mənsubları “Park Bulvar”ın xüsusi hədiyyələri ilə təltif ediliblər. Təltif edilənlər arasında APA-nın da əməkdaşı olub.
Yarışdan sonra isə media mənsubları üçün “Lari Kraun” filmi nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR