Bank Of Baku

ABŞ səfiri Azərbaycan jurnalistlərini təbrik edib

ABŞ səfiri Azərbaycan jurnalistlərini təbrik edib
# 22 iyul 2011 13:42 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan jurnalistlərini təbrik edib. ABŞ səfirliyindən APA-ya daxil olmuş təbrikdə deyilir:

“Amerika səfirliyi adından Azərbaycanın ilk qəzeti “Əkinçi”nin nəşrinin 136-cı ildönümü və Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edirəm. Azad media demokratiyanın təməl hissəsidir. Jurnalistlərin ictimaiyyəti obyektiv, peşəkar və fərdi etikaya müvafiq olaraq mühüm ictimai məsələlər barədə məlumatlandırmaq işi ictimaiyyətin ən böyük ehtiyaclarındandır. Azərbaycan jurnalistləri ilə əməkdaşlığımızı davam etdirməyi və qarşılıqlı hörmətimizi dərinləşdirməyi səbirsizliklə gözləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR