Bank Of Baku

Demokratik İslahatlar Partiyası Milli Mətbuat günü ilə bağlı təsis etdiyi mükafata layiq görülənlərin adlarını açıqlayıb

Demokratik İslahatlar Partiyası Milli Mətbuat günü ilə bağlı təsis etdiyi   mükafata layiq görülənlərin adlarını açıqlayıb
# 22 iyul 2011 15:20 (UTC +04:00)
Bakı-APA. Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurası 22 iyul - Milli Mətbuat günü münasibətilə partiyanın təsis etdiyi «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafata 2011-ci ildə layiq görülən KİV və jurnalistlərlə bağlı qərarını açıqlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərara əsasən sözügedən mükafatlar və müvafiq diplomlar aşağıda adları qeyd olunan KİV-ə və jurnalistlərə təqdim olunacaq:
1. Vüsalə Mahirqızı (“Azəri-Press” Agentliyinin baş direktoru) - Azərbaycanda çoxşaxəli elektron medianın inkişafındakı xidmətlərə görə
2. Zahir Əzəmət (ann.az portalının baş redaktoru) – Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğindəki xidmətlərə görə
3. Qalib İbrahimoğlu (“Ekspress” qəzetinin redaktoru) – Azərbaycanın siyasi həyatının mediada peşəkarcasına işıqlandırılmasına və siyasi şərhlərinə görə
4. Aze.az – Azərbaycanla bağlı məlumatların xarici dillərdə beynəlxalq ictimaiyyətə çatdırılmasındakı xidmətlərə görə

Qeyd olunub ki, bu təsisatda əsas məqsəd jurnalistləri Azərbaycan mətbuatını əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.
Bu mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR