Bank Of Baku

Azərbaycan prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası birgə tədbir keçiriblər

Azərbaycan prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası birgə tədbir keçiriblər
# 22 iyul 2011 18:44 (UTC +04:00)
Bakı.Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası 22 iyul - Milli Mətbuat gününə həsr olunmuş tədbir keçiriblər.
APA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Azərbaycan prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan hökumətinin mətbuatın inkişafında maraqlı olduğunu bildirib. Azərbaycan dövlət siyasəti jurnalistlərin kənar təsirlərdən azad olmasında, medianın inkişaf etməsinə yönəlib.
O jurnalistlərin sosial vəziyyətinin yaxşılaşması istiqamətində addımlar atıldığını qeyd edib.
Tədbirdə Mətbuat Şurasının təsis etdiyi “Ali Media” mükafatı sahibkarlarına təqdim edilib. III dərəcəli “Ali Media” mükafatı Tahir Aydınoğluna, Flora Xəlilzadəyə, Arzu Şirinova, Məzahir Əhmədova və İlqar Hüseynova təqdim edilib.
II-ci dərəcəli mükafat Aslan Aslanova, Rauf Arifoğluna və Əhməd İsayevə təqdim olunub. I-ci dərəcəli mükafat Sabir Vəliyevə və Nəsiman Yaqubluya təqdim edilib.
Daha sonra Azərbaycan prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 22 İyul Milli Mətbuat gününə həsr olunmuş Fərdi Jurnalist Yazıları müsabiqəsinin qaliblərini təqdim edib. V.Səfərli bildirib ki, müsabiqəyə 83 yazı təqdim olunub və 29 yazı qalib olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR