Bank Of Baku

Əli Həsənov: “Azərbaycanda İnternet mediasına dövlət tərəfindən dəstək göstərilə bilər”

Əli Həsənov: “Azərbaycanda İnternet mediasına dövlət tərəfindən dəstək göstərilə bilər”
# 22 iyul 2011 20:28 (UTC +04:00)
Bakı.Rəşad Süleymanov-APA. Azərbaycanda İnternet mediasına dövlət tərəfindən dəstək göstərilə bilər.
APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə deyib. O qeyd edib ki, İnternet mediası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rola malikdir. Bu sahənin inkişafı ilə bağlı dövlət müəyyən məsələləri nəzərdən keçirir.
Onun sözlərinə görə, Azərbaycan mediası ölkəni xaricdə layiqli təmsil edir. Ümumilikdə media ilə bağlı problemlər iqtisadi xarakter daşıyır, reklam bazarının məhdud olması ilə bağlıdır. Həsənov bildirib dövlət gələcək illərdə də mediaya dəstək göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR