Azərbaycanın rəsmi qurumlarının mətbuat xidmətləri rəhbərlərinin Londona səfəri başa çatıb

Azərbaycanın rəsmi qurumlarının mətbuat xidmətləri rəhbərlərinin Londona səfəri başa çatıb
# 25 iyul 2011 07:39 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Azərbaycandakı Böyük Britaniya səfirliyi və ATƏT nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanın rəsmi qurumları mətbuat xidməti rəhbərlərinin Londona səfəri başa çatıb. APA-nın məlumatına görə, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, səfirlik və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə 18-22 iyul tarixlərində gerçəkləşdirilən səfər zamanı nümayəndə heyəti Britaniyadakı informasiya azadlığı və informasiya əldə etməyə dair mövcud təcrübəni öyrənmək üçün Xarici İşlər, Ədliyyə, Səhiyyə, Ticarət nazirliklərində və bir sıra dövlət qurumlarında, həmçinin, nüfuzlu media orqanlarında (Guardian, BBC dünya xidməti) görüşlər keçiriblər. Qeyd edək ki, səfərdə Prezident Administrasiyası, Milli Məclis, Naxçıvan MR-in Ali Məclisi, Xarici İşlər, Ədliyyə, Səhiyyə, Daxili İşlər, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirlikləri, Respublika Prokurorluğu və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbər və əməkdaşları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR