“Mərkəz”in kollektivi yeni tərkibdə genişləndirilmiş toplantısını keçirib

“Mərkəz”in kollektivi yeni tərkibdə genişləndirilmiş toplantısını keçirib
# 25 iyul 2011 12:33 (UTC +04:00)
Bakı-APA. “Mərkəz” qəzetin redaksiyasında “Mərkəz” İnformasiya Agentliyi, “Mərkəz” qəzeti və “Mərkəz TV”nin əməkdaşlarının birgə böyük toplantısı keçirilib. APA-nın məlumatına görə, tədbirdə “Mərkəz”in hazırkı əməkdaşları ilə yanaşı, yenicə işə başlayan gənc jurnalistlər, Bakı Slavyan Universitetinin “Jurnalistika” fakültəsinin təcrübə keçən tələbələri də iştirak ediblər. “Mərkəz” qəzetinin təsisçisi, millət vəkili Gülər Əhmədova ilk növbədə “Mərkəz”ə yenicə gəlmiş gənc jurnalistləri salamlayıb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb və qəzetin perspektivlərindən söhbət açıb. Görüşdə iştirak edən gənc jurnalistlər – Günel Əbilova, Nərgiz Ehlamqızı, Nigar Etibar, Mirvari Nəcəf, Səidə Teyyubqızı, Yusif Ağayev, Şəhriyar Həsənov, Ceyhun Cəfərli və digər gənc jurnalistlər “Mərkəz”də fəaliyyət göstərmək istədikləri sahələr barədə danışıb, qəzetin formatının daha da mükəmməlləşdirilməsi istiqamətində hansı işlərin görülməsi haqqında öz təklif və arzularını bildiriblər. Qəzetdə ciddi şəkildə iş bölgüsü aparılıb, hər bir sahə üzrə məsul jurnalistlər təhkim edilib. Sonda gənc jurnalistlər “Mərkəz”də yaratdığı azad, şəffaf və operativ şəraitə görə təsisçiyə öz minnətdarlığını bildirib və bir jurnalist kimi gələcək karyeralarının qurulmasında “Mərkəz”in əvəzsiz rol oynayacağı ümidini dilə gətiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR