Bank Of Baku

Mətbuat Şurası ilə Avropa Şurasının layihəsi çərçivəsində mətbuat xidmətlərinin təmsilçiləri üçün treninq-məşğələ keçiriləcək

Mətbuat Şurası ilə Avropa Şurasının layihəsi çərçivəsində mətbuat xidmətlərinin təmsilçiləri üçün treninq-məşğələ keçiriləcək
# 26 iyul 2011 14:20 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurası və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin birgə layihəsi çərçivəsində iyulun 30-31-də Goranboy rayonunda növbəti treninq-məşğələ keçiriləcək. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, tədbirə sözügedən rayonla yanaşı, ətraf bölgələrin – Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri qatılacaqlar. Treninq-məşğələdə, həmçinin nazirlik və dövlət komitələrinin mətbuat xidməti və ictimaiyyətlə əlaqə bölmələri rəhbərlərinin iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, Mətbuat Şurasının Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR