Bank Of Baku

Əflatun Amaşov «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin rəhbərliyinə müraciət edib

Əflatun Amaşov «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin rəhbərliyinə müraciət edib
# 29 iyul 2011 14:48 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin rəhbərliyinə müraciət edib. MŞ-dan APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, son vaxtlar həmin qəzetlərdə yazıçı Şamo Arifə istinadən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və onun valideynləri ilə bağlı materiallar dərc olunur: «Bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır. Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimailəşməsindən getdiyindən məsələ narahatlıq və narazılıq doğurur».

Müraciətdə eyni zamanda bildirilib ki, ədəbi-bədii proseslərdə bir əsrə yaxın baş verən hadisələrin heç də hamısı özəlliklərinə görə qabardılmalı mövzular deyil: “Bunların ölçülüb-biçilmədən təqdimatından, bəzən şəxsi münasibətlər fonunda ikrah doğuran şəkildə qabardılmasından tərəflərdən çox cəmiyyət itirir”.

Şura sədri müraciətində, həmçinin adı çəkilən qəzetlərə fəaliyyətlərində cəmiyyət qarşısındakı öhdəliklərinə zidd hallara yol verməməyi, diqqətli olmağı, hadisə və proseslərə həssas yanaşmağı tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR