Bank Of Baku

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası müraciətləri araşdırıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası müraciətləri araşdırıb
# 29 iyul 2011 14:59 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri müraciətlərlə bağlı araşdırmalar aparıb müvafiq rəylər qəbul ediblər. İclasda ilk rəy “Yeni Azərbaycan” qəzetinin “Yeni Azərbaycan naminə” qəzeti barədə şikayəti əsasında çıxarılıb. Müraciətdə bildirilib ki, qarşı tərəf adına “naminə” sözünü əlavə etməklə “Yeni Azərbaycan”ın loqosunu mənimsəməyə cəhd göstərir. Komissiya üzvləri müzakirələr zamanı bunun birmənalı surətdə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na zidd olduğu qeyd olunub. Qeyd olunub ki, bu KİV məsələnin həlli üçün loqosunu yeniləşdirməli, dövlət gerbindən istifadə qaydalarına əməl etməli, həmçinin ölkə hüdudlarından kənarda təmsilçisi olmayan nəşrtək özünü “beynəlxalq ictimai-siyasi hüquq qəzeti” kimi təqdim etməkdən çəkinməlidir. Baş redaktor Ramazan Bağırov iradlarla razılaşıb və qəzetin növbəti saylarında bunlara əməl edəcəyini deyib. O, Bakı şəhəri 14 saylı poliklinikanın bu mətbu nəşrlə bağlı şikayətinin müzakirəsi zamanı da səhvlərini etiraf edib, qəzetdə təkzib verməyə, qarşı tərəfdən üzr istəməyə hazır olduğunu bildirib. Komissiya qəzetə MŞ-nin xəbərdarlığının olunması barədə rəy çıxarıb.

“Ölkə” qəzetinin 5-11 may 2011-ci il tarixli sayında gedən “SOCAR-ın tam məxfi əməlləri” yazısı ilə bağlı müraciət növbəti müzakirə mövzusu olub. Şirkət təmsilçiləri məqalənin yanlış fikir və faktlara əsasən, araşdırma aparılmadan qələmə alındığını bildirib, cavabdeh tərəf isə iradlarla razılaşmayıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, qəzet yazı hazırlanarkən qarşı tərəfin mövqeyini öyrənməyə israrlı olmayıb. Komissiya ARDNŞ-in mövqeyini əks etdirən və MŞ-yə ünvanlanan müraciətin qəzetdə olduğu kimi verilməsini nəşrə tövsiyə edib.
İclasda Dövlət Sərhəd Xidmətinin “Reytinq” qəzetindən şikayəti də tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Daha sonra digər müraciətlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR