Bank Of Baku

“Kaspi” qəzetinin 130 illiyi çərçivəsində nəşr olunan “Mübariz Yol” və “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitabların təqdimat mərasimi keçirilib

“Kaspi” qəzetinin 130 illiyi çərçivəsində nəşr olunan “Mübariz Yol” və “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitabların təqdimat mərasimi keçirilib
# 02 avqust 2011 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Kaspi” qəzetinin 130 illiyi çərçivəsində yeni nəşr olunan “Mübariz Yol” və “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitabların təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli yeni nəşrlər haqqında məlumat verərək deyib ki, “Mübariz Yol” kitabı rəhbərlik etdiyi qəzetin vətənpərvərlik mövzusunda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi müsabiqənin materiallarından ibarətdir. “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitabda isə qəzetin fəaliyyəti, bugünkü durumu haqda yazılar yer alıb. “1881-ci ildən “Kaspi” qəzeti çarizmin senzurasına baxmayaraq, fasiləsiz 38 il nəşr olunub. Təxminən 30 ilə yaxın gündəlik nəşr olunub. Rusiya müsəlmanları və Şərq dünyasının əsas aparıcı informasiya vasitələrindən biri olub. 1891-ci ildə “Kəşkül” qəzeti bağlanandan sonra təxminən 10 il ərzində “Kaspi” qəzeti yeganə informasiya qaynağı kimi çıxış edib”.

Tədbirdə nəşrlərin ideya müəllifi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva deyib ki, indiki dövrdə vətənpərvərlik mövzularına daha çox müraciət olunmasına böyük ehtiyac var: “Burada məqsəd Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan, ümumiyyətlə, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılan əsərlərdən ibarət müsabiqənin keçirilməsi idi. Bu gün Azərbaycançılıq, vətənpərvərlik ideyası hər bir Azərbaycan jurnalistinin başlıca amalı olmalıdır və biz bu müsabiqənin keçirilməsində də bunu əsas götürmüşdük”.

S. Vəliyeva “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitab haqda da öz fikirlərini bildirib: “O dövrdə çar Rusiyasının senzura qılıncı altında qəzetə sahiblik edən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, baş redaktor Əlimərdan bəy Topçubaşovun və yaradıcı kollektivin məşəqqətli səyi nəticəsində qəzet bu istiqamətdə fəaliyyətini davam etdirə bilib. 1919-cu ildə fəaliyyətini dayandıran “Kaspi” müstəqilliyimizi əldə etdikdən sonra 1999-cu ildə fəaliyyətini yenidən bərpa etməklə öz missiyasını davam etdirir”.

Araşdırmanı tədqiqatçı Səmayə Mövlamova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, professor Qulu Məhərrəmli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yeni nəşrlər və
qəzetin tarixi missiyasından söz açıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR