Bank Of Baku

Jurnalist Ceyhun Nağı vəfat edib - YENİLƏNİB

Jurnalist Ceyhun Nağı vəfat edib - <font color=red>YENİLƏNİB</font>
# 10 avqust 2011 08:23 (UTC +04:00)
APA-nın məlumatına görə, səhər saatlarında Ceyhun Nağının ürəyində ağrılar başlayıb və o 6 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Jurnalistin həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada vəfat edib.

Qeyd edək ki, “Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağı uzun illər Azərbaycanın tanınmış mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 39 yaşlı həmkarımız ailəli idi və bir qızı var.

Ceyhun Nağı anadan olduğu Tovuz rayonunda, Cırdaxan kənd məzarlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR