Bank Of Baku

“Eurovision” Mahnı Müsabiqəsinin baş prodüseri və müsabiqənin təşkilati rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətində olub

“Eurovision” Mahnı Müsabiqəsinin baş prodüseri və müsabiqənin təşkilati rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətində olub
# 11 avqust 2011 13:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Eurovision” Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sietse Bekker İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. Baş direktor İsmayıl Ömərovla görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision Mahnı Müsabiqəsi-2012”nin təşkilati, texniki, hüquqi və yaradıcılıq məsələləri müzakirə olunub. APA-nın İctimai Teleradionun saytına istinadən yaydığı məlumata görə, S.Bekker görüşdə xarici mətbuata müsahibəsində Azərbaycanın “Eurovision” hazırlıqları üçün «B variantı” barədə söylədiyi fikirlərə də aydınlıq gətirib. O, bunun ehtiyat variant olduğunu vurğulayıb: “Mətbuatda səsləndirdiyim “B variantı” məsələsində qeyri-adi heç nə yoxdur. Azərbaycanda müsabiqənin harada keçiriləcəyi ilə bağlı söhbət etdik. Əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, o vaxtında başa çatdırılmalıdır. Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda “B variantı” ehtiyat kimi lazımdır. Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, onda ehtiyat variant kimi alternativ yer olmalıdır”.

EBU nümayəndəsi bu məsələ ilə bağlı daha dəqiq məlumatları Bakıdakı müzakirələrdən sonra əldə edəcəklərini bildirib.
Qeyd edək ki, EBU təmsilçiləri Yan Ola Sand və Sietse Bekkerin Azərbaycana səfəri bu gün başa çatacaq. Qonaqlar bu gün İctimai TV-də «Eurovision xəbərləri» verilişində olacaq. Verilişdə müsabiqə ilə bağlı ictimaiyyəti maraqlandıran suallara cavab veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR