Bank Of Baku

Fashion TV-nin təsisçisi: “Məqsədimiz Bakını modanın mərkəzinə çevirməkdir”

Fashion TV-nin təsisçisi: “Məqsədimiz Bakını modanın mərkəzinə çevirməkdir”
# 17 avqust 2011 15:53 (UTC +04:00)
APA-nın məlumatına görə, səfəri haqqında tədbir iştirakçılarına məlumat verən M. Adam bildirib ki, yaxın gələcəkdə Bakıda Fashion TV klubu açılacaq: “Biz hazırda həmin klubun fəaliyyət göstərəcəyi məkanın seçimi ilə məşğuluq. Seçəcəyimiz məkan və klubun fəaliyyətə başlayacağı tarix haqqında yaxın zamanlarda mətbuata açıqlamalar verəcəyik”.
M.Adam qeyd edib ki, günün 24 saatı fəaliyyət göstərməsi nəzərdə tutulan klub gündüzlər moda mədəniyyətinin təbliği ilə məşğul olacaq, gecələr isə gecə klubu kimi işləyəcək: “Azərbaycanda Fashion TV klubu yaratmaqda məqsədimiz Bakını modanın mərkəzinə çevirməkdir. Bu klub Azərbaycandakı moda mədəniyyətinin həm ölkə daxilində, həm də ölkə xaricində inkişaf etdirilməsinə yardımçı olacaq. Klub Azərbaycanda ilk moda mərkəzi kimi fəaliyyət göstərəcək”.

Qeyd edək ki, 1997-ci ildə Fransada yaradılan Fashion TV dəbə və modellik sənətinə həsr olunub. Hazırda bu brend altında dünyanın bir çox ölkələrdə klub, kafe, bar və butiklər fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR