Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - FOTO
Şuradan APA-ya verilən xəbərə görə, əvvəlcə “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İctimai Birliyinin “Yeni Azərbaycan” qəzetinin 17 iyun 2011-ci il tarixli sayında bu qurum və onun rəhbəri barədə gedən “Hüquq pozan “hüquq müdafiəçisi”” sərlövhəli məqalə ilə bağlı müraciətinə baxılıb. Hər iki tərəfin məsələ ilə əlaqədar arqumentləri dinlənilib. RATİ sədri Emin Hüseynov bildirib ki, haqqında müxtəlif internet şəbəkələrində yayımlanan məlumatlar qəzetdə yoxlanılmadan dərc olunub. Beləliklə də onun ictimai nüfuzuna ləkə vurulub. “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Aqşin Şahinoğlu isə bildirib ki, RATİ sədrinin barəsində yayılan informasiyaların təkzibi cəhdləri nəzərə çarpmayıb. Qəzet də bunu əsas götürərək müvafiq materialı verib. A. Şahinoğlu eyni zamanda təmsil etdiyi mətbu orqanda qarşı tərəfin mövqeyinin verilməsinə razılığın ifadə olunduğunu da vurğulayıb. Onun sözlərinə görə, E. Hüseynov barəsində gedən məlumatların yanlışlığının sübutu üçün qəzetə hər hansı müraciət ünvanlamayıb. Əgər qarşı tərəf bununla bağlı təkzibedici arqumentlərə malikdirsə və mövqeyini nəşrin səhifəsinə çıxarmaq niyyəti varsa, “Yeni Azərbaycan” buna hazırdır.
İclasda Yeni Azərbaycan Partiyasının “Azadlıq” qəzetində gedən “Ermənilərin YAP-dan fərqi” (9 avqust 2011-ci il) sərlövhəli yazı ilə bağlı şikayətinə baxılarkən bir neçə məqama diqqət yetirilib. Əvvəla, nəzərə alınıb ki, material köşə yazısıdır, lakin jurnalistin yaranmış imkandan sui-istifadəsi təsiri bağışlayır: “Yazı faktoloji baxımdan həqiqəti əks etdirmir. Oradakı fikirlərin YAP ilə eyni kontekstdə müqayisəsi qüsurlu və məntiqə ziddir. Bu kimi hallar “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulması, milli mentalitetə, əxlaqa və hüquqa zidd məqamların jurnalist yaradıcılığına uyğun gəlməyən şəkildə təqdimatıdır”. İclasa “Azadlıq” qəzetindən də nümayəndə dəvət olunsa da, nəşrin təmsilçisi naməlum səbəbdən müzakirəyə qatılmayıb.
Şikayətlər üzrə Komissiya həmin məqamları, eyni zamanda “Azadlıq” qəzetinin Mətbuat Şurasının tövsiyə və iradlarından nəticə çıxarmamasını əsas götürərək mətbu nəşrə MŞ-nin xəbərdarlığının elan olunması barədə rəyə gəlib. Məsələ ilə əlaqədar yekun qərar şuranın İdarə Heyətində aparılacaq müzakirələrdən sonra qəbul ediləcək.
İclasda “Qanun: izah və şərhlər” qəzeti ilə bağlı məsələnin MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasında araşdırılması məqsədəuyğun sayılıb. Şikayətçi - Sabirabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri İlham Əsgərov tərəfindən təqdim olunan materiallar və müzakirənin gedişi buna əsaslar verib.
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin “Yeni xəbər” qəzeti ilə əlaqədar müraciətinə baxılması komissiyanın tərəflərə iradları ilə yekunlaşıb. Nəşrin baş redaktoru İlqar Salmanlının nəzərinə çatdırılıb ki, bu sayaq anonsların verilməsində və mövzu ilə bağlı sonradan nəşr olunan materialda AJPDQ-nın tələbləri gözlənilməyib. Agentliyə isə media ilə işin təşkilinin təkmilləşdirilməsi tövsiyə olunub.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir